Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkə Prezidenti düşmənin məkrli siyasətini dünyanın diqqətinə çatdırır

0

  •         16 oktyabr tarixində Ölkə Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin “RİA Novosti” agentliyinə verdiyi müsahibəsində bildirmişdir ki, erməni silahlı qüvvələri Azərbaycanın dövlət sərhəddində, Tovuz istiqamətində silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə iyul və avqust aylarında təxribatlar törətmişdir. Sentyabr ayından başlayaraq isə vətəndaşlarımız bütün cəbhə boyu erməni silahlı birləşmələrinin hücumuna məruz qalmışdır. Bu hücumlar nəticəsində 43 nəfər həlak olmuş, 200-dən çox insan yaralanmış, 2000-ə yaxın evə ciddi ziyan dəymişdir. Azərbaycan silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq erməni birləşmələrinin hücumlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirmişdir. Erməni birləşmələrinin 4 müdafiə xətti yarılaraq Cəbrayıl rayonunun tarixi əhəmiyyətə malik olan Suqovuşan kəndi və Füzuli rayonunun xeyli kəndləri işğalçılardan azad edilmişdir. Ali Baş Komandan 10 oktyabr tarixində əldə olunmuş Moskva razılaşmasını diqqətə çatdıraraq münaqişənin yalnız baza prinsipi əsasında həll edilməsinin vacibliyini bildirdi. Danışıqların formatının dəyişməz olduğu bir daha təsdiqləndi. Azərbaycan həmişə sülh danışıqlarına sadiq ölkə olmuşdur. Ermənistan rəhbərliyi isə danışıqlar prosesini həmişə pozaraq BMT-nin erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması haqqında 4 qətnaməsini icra etmıkdən imtina etmişdir. Döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinin bombalanması nəticəsində 10 nəfərin həlak olması, 40 nəfərin isə yaralanması nəzərə çatdırıldı. Ölkə Prezidenti çıxışında qeyd etdi ki, biz DQMV-nin müstəqil dövlət olmasına heç vaxt razı ola bilmərik. Müharibə Azərbaycan üçün azadlıq, ermənilər üçün isə işğalçılıq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü təmin edəcəyik. Qondarma Dağlıq Qarabağ ordusu deyilən ordu yoxdur. Onlar Ermənistan hərbi komissarlığı tərəfindən çağırılaraq Azərbaycanın işğal altında saxlanılan Laçın, Kəlbəcər, Zəngilan, Füzuli, Qubadlı bölgələrinə göndərilir. Bizim ordumuzda heç bir dövlətin muzdlu döyüşçüsü yoxdur. Azərbaycanın 100 min döyüşçü ordusu var. Ermənilər işğal etdikləri ərazilərdə bütün evləri dağıdaraq, tarixi, maddi-mədəni abidələrini məhv etmişdir. Ölkə Prezidenti 1805-ci ildə bağlanan Kürəkçay müqaviləsini diqqətə çatdıraraq, həmin müqavilənin Qarabağ xanı İbrahimxəlil xanla rus generalı Sisianov arasında bağlandığını bildirdi. Ermənilər Azərbaycan torpaqlarına 1813-1828-ci illərdə I/II Rus-İran müharibəsi dövründə müasir İrandan və  az hissəsi isə Şərqi Anadoludan köçürülmüşdür. Rusiya Azərbaycanın strateji tərəfdaşı olduğunu diqqətə çatdıran ölkə Prezidenti Rusiyanın Qafqazda sabitləşdirici rol oynayacağından əmin olduğunu bildirdi. Akif Rüstəmov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib53 dəfə
    Ölkə Prezidenti düşmənin məkrli siyasətini dünyanın diqqətinə çatdırır

    Maraqlı gələ bilər
    253
    47